9-cu sinif şagirdini öldürən şəxs - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

9-cu sinif şagirdini öldürən şəxs - Təfərrüat

Kriminal

23 Yanvar 2024 12:32 1093


Gəncədə 17 yaşlı məktəblini qətlə yetirən F. Şabanovla bağlı yeni məlumatlar var.

Yenisabah.az metbuat.az-a istinadla xəbər verir ki, həmyaşıdı Raul Rəhimovu qətlə yetirməkdə təqsirləndirilən F. Şabanov həmin məktəbin şagirdi olmayıb. O, Gəncə şəhərindəki başqa məktəbdə oxuyub. İntizamsız və dərsə davamiyyəti zəif olduğu üçün 2 il əvvəl oxuduğu orta məktəbdən çıxarılıb.

Bu gün səhər saatlarında Gəncə şəhər 8 saylı orta məktəbin qarşısına gələn F. Şabanov təsadüfən R. Rəhimovla mübahisə edib. Mübahisə nəticəsində o R. Rəhimovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb. pizza

Xatırladaq ki, bu gün səhər saatlarında Gəncə şəhər şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimov təhsil aldığı 8 saylı orta məktəbin qarşısında kəsici-deşici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!