91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Sosial

06 Yanvar 2025 20:48 366


91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

Yenisabah.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Qeyd edilir ki, paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli avtobusun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. pizza mizza

Bütün bunlar nəzərə alınaraq, AYNA tərəfindən 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə təqdim edilib.

Keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətin göstərilməsi ilə bağlı AYNA bir daha daşıyıcılara çağırış edərək, səlahiyyətlərində olan avtobus parkının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!