Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələrini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələri MSK-ya daxil olub. Həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir.
Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb: Pepperoni pizza
Əliyev İlham Heydər oğlu - 4 milyon 281 min 625 səs (92,05 faiz);
Əliyev Fuad Ağası oğlu - 24 min 799 səs (0,53 faiz);
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 81 min 799 səs (1,76 faiz);
Musayev Elşad Nəbi oğlu - 31 min 33 səs (0,67 faiz);
Mustafa Fazil Qəzənfər oğlu - 92 min 980 səs (2 faiz);
Nurullayev Razi Qulaməli oğlu - 37 min 386 səs (0,80 faiz);
Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz).
Telegram kanalımız