980 min manat mənimsəmiş qadının məhkəməsi gedir

saytların hazırlanması

Evə çatdırılma

980 min manat mənimsəmiş qadının məhkəməsi gedir

Kriminal

01 May 2023 16:32 801


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunan, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror işin məhkəmə baxışa verilməsini təklif edib. Marqarita pizza

Məhkəmənin baxış iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, istintaqla Zərifə Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!