“A”, “ə” şəkilçisi artırmaqla düzəldilən qadın adları artıb - Komissiya

saytların hazırlanması

Evə çatdırılma

“A”, “ə” şəkilçisi artırmaqla düzəldilən qadın adları artıb - Komissiya

Sosial

17 Dekabr 2024 14:28 599


Son zamanlar valideynlər kişi adlarının sonuna “a”, “ə” şəkilçisi artıraraq yeni qadın adlarının düzəldilməsi ilə bağlı müraciət edirlər.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib

S.Sadıqova qeyd edib ki, bu kimi müraciətlərin sayı artıb: pizza

“Valideynlər daha çox sistemdə olan adlara müraciət edir. Məsələn, Cəsur-Cəsurə, Cavid-Cavidə, Afiq-Afiqə, Əzim-Əzimə, Nuh-Nuhə, Nihad-Nihadə, Əfqan-Əfqanə, Aqşin-Aqşinə kimi adları misal göstərə bilərik”.

Sədr müavini eyni zamanda bu il ölkədə oğlan uşaqlarına ən çox verilən adların Əli, Məhəmməd, Murad, Uğur, Onur, Adnan, Altay, Babur, Bamsı olduğunu bildirib:

“İlk sırada Əli və Məhəmməd adları yer alır. Digər sadalanan adlar isə hər 10 uşaqdan 3-nə və ya daha çoxuna verilib. Qızlara gəlincə, onlara ən çox Fatimə, Zəhra, Banuçiçək, Nur, Selcan, Aysun, Ümra adı qoyulub. Bu adlar bu il üçün ilk beşlikdə dayanıb”.

"Bu il iki-üç adın birləşməsindən yaranan mürəkkəb adın ayrılıqda böyük hərflərlə yanaşı yazılması ilə bağlı müraciət də daxil olub. Azərbaycan dilinin adlar sistemində mürəkkəb adlar bitişik yazıldığından iki-üç adın böyük hərflə yanaşı, yəni misal olaraq, Əli Əzim Məhəmməd kimi yazılmasına icazə verilməyib", - o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!