ABŞ Aİ-ni qaz asılılığından  qurtarmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Aİ-ni qaz asılılığından qurtarmaq istəyir

Dünya

25 Mart 2022 19:10 438


ABŞ bu il Avropa İttifaqı ölkələrinə 15 milyard kubmetr mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı Aİ ilə müqavilə imzalayıb.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, razılaşmanın əsas məqsədi Aİ-nin Rusiya təbii qazından asılılığını azaltmaqdır. Müqavilə ilə bağlı rəsmi açıqlama martın 25-də Brüsseldə ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Usula fon der Leyen tərəfindən veriləcək.

Saziş çərçivəsində xüsusi işçi qrupu da yaradılacaq. ABŞ artıq Rusiya yanacağını idxal etməkdən imtina edib. Böyük Britaniya da ilin sonuna kimi eyni şeyi edəcəyinə söz verib. pizza mizza

Bununla belə, Avropada fikir ayrılığı var, çünki Almaniya da daxil olmaqla, bir çox ölkələr enerji qiymətlərinin daha da kəskin artmasından ehtiyat edirlər.

Rusiya xarici qaz tədarükünün 40 faizindən çoxunu Avropaya verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!