ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqə "Ohayo" sinfinə aid nüvə sualtı qayığının göndərildiyini açıqlayıb.
Yeniusabah.az xəbər verir ki, bu barədə Pentaqon X sosial şəbəkəsində məlumat yayıb.
Bundan əvvəl ABŞ Şərqi Aralıq dənizinə 2 təyyarədaşıyan gəmi göndərmişdi. pizza
ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında hərbi əməliyyatların baş verəcəyi təqdirdə əməliyyatların planlaşdırılmasına və ABŞ qüvvələrinin istiqamətləndirilməsinə cavabdehdir.
2002-ci ildən bəri komandanlığın irəli qərargahı Qətərin Doha şəhəri yaxınlığındakı Əl-Udeyd aviabazasında yerləşir.
Telegram kanalımız