“ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir”

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir”

Siyasət

18 Mart 2021 20:01 915


“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipi əsasında əlaqələr quran Azərbaycan  Qərb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir, münasibətlərin yeni prioritetlər əsasında inkişafına maraq göstərir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətləri xüsusi qeyd edilməlidir. ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda əksini tapan fikirlər iki ölkə arasında əlaqələrin bugünkü səviyyəsinə və perspektivlərə işıq salır. Məktubda da qeyd olunduğu kimi, bu yenilənmə çağı əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.”

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan Azərbaycan daim beynəlxalq aləmin diqqətində olub. Dördpendirli pizza

Baş redaktor diqqəti Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərə yönəldərək bildirib ki, rəsmi Bakı daim münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın mövqeyinə önəm verib.

V.Rəhimzadə qeyd edib ki,  Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi  regionda və dünyada yeni reallıqlar yaradıb: 

"ABŞ yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və  təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və  qarşıya çıxan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!