ABŞ-da 12 yaşlı məktəbli anasını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da 12 yaşlı məktəbli anasını öldürdü

Dünya

11 Avqust 2022 01:20 961


ABŞ-da 12 yaşlı məktəbli öz anasını öldürüb.

Yeniyetmə əvvəlcə bu cinayətdə başqa şəxsi ittiham etsə də, sübutların təzyiqi altında cinayətini etiraf edib.

Alabama ştatında tibb bacısı işləyən Ayobi Kuk evində ölü tapılıb. Qadının oğlu polisə bildirib ki, silahlı quldur içəri girib, anasını güllələyərək öldürüb, sonra isə qaçıb. pizza sifarişi

Lakin aparılan araşdırmalardan sonra məlum olub ki, oğul ehtiyatsızlıqdan anasını tapança ilə vurub. Məktəbli ifadəsini dəyişərək əməlini etiraf edib.

Məlumata görə, uşağın atası polisdə işləyir və faciə baş verən zaman xidmətdə olub.

İşə xüsusi qaydada ailə məhkəməsində baxılacağı bildirilib. Uşağın hansı cəzaya məruz qalacağı məlum deyil./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!