ABŞ-da Delaver ştatının prokurorluğu mümkün vergi pozuntularına görə ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı araşdırma başladıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, araşdırma H. Baydenin gəlir mənbələri, o cümlədən Ukraynadakı işi ilə bağlı başladılıb. Nəşrin məlumatına görə, prokurorluq nümayəndələri son həftələrdə Hanter Baydenin keçmiş tərəfdaşlarına fəal surətdə sorğular göndərirlər. Söhbət, xüsusən, ABŞ prezidentinin oğlunun 2010-cu illərin ortalarında Ukraynanın “Burisma Holdings” enerji şirkətindən aldığı pullardan, eləcə də bu vəsaitlərin istiqraz paketlərinin alınmasına sərf edilməsindən gedir.
Telegram kanalımız