ABŞ-da böyük etirazlar başladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da böyük etirazlar başladı

Dünya

10 Noyabr 2023 16:38 661


ABŞ-da İsrailə dəstək yönümlü qurumlara qarşı etirazlar və boykot aksiyaları geniş vüsət almağa davam edir.

Yenisabah.az xəbər verir ki, gecə ərzində amerikalı bir qrup “Starbucks”ın Vaşinqton şöbəsinin qabağına Fələstinə dəstək mesajlı şüarları yerləşdirib.

Digər bir qrup isə “New York Times” qəzetinin binasına daxil olaraq fələstinli şəhidlərin adlarını oxuyub. Pepperoni pizza

Həmçinin Türkiyədə də İsrail mənşəli markalara tətbiq edilən boykotlar böyüməyə davam edir. Hətta boykot həddi o dərəcəyə çatıb ki, “MasterCard” və “Visa” ödəmə kartları yerinə Türkiyənin milli ödəmə kartı “Troy”a böyük həcmdə tələbat yaranıb.

Qeyd edək ki, oktyabr ayının statistikasına görə kartdan istifadə digər aylara nisbətlə əhəmiyyətli dərəcədə artıb. Hökumət orqanlarının da xalqı təşviqi ilə İsraili boykot məqsədli “MasterCard” və “Visa” yerinə “Troy” kartdan istifadə, həmçinin iqtisadiyyata da pozitiv təsir edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!