ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ - Ölənlər var

Dünya

01 Sentyabr 2024 15:22 438


ABŞ-ın Oreqon ştatının Fervyu şəhərində "Cessna 421C" təyyarəsi yaşayış evlərinin üzərinə düşüb. 

Musavat.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Katu-TV kanalı məlumat yayıb. 

Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində təyyarədə olan iki nəfər və bir şəhər sakini ölüb.  pizza hut

Hadisə avqustun 31-də baş verib. Təyyarə qəzaya uğrayarkən elektrik dirəyinə çırpılıb və nəticədə yanğın baş verib. 

ABŞ Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!