Dünyada koronavirusa yoluxma sayına və ölüm statistikasına görə birinci yerdə olan Birləşmiş Ştatlarda xəstəxanaların çarpayı fondunun, demək olar ki, 80 faizini virus daşıyıcıları tutur.
Yenisabah.az CNN telekanalına istinadla xəbər verir ki, ölkənin əksər ştatlarında müalicəxanaların reanimasiya şöbələri sutkanın iyirmi dörd saatı COVİD-19-a yoluxmuş ağır xəstələrə yardım göstərməklə məşğuldur.
“Bütün ştatlar üzrə reanimasiya şöbələrinin təqribən 78 faizi virus daşıcısı olan ağır xəstələrə ayrılıb”, - deyə xəbərdə vurğulanır. Toyuqlu pizza
Telekanalın xəbərində daha sonra bildirilir ki, ekstern tibbi yardım bölmələrinə müraciət edənlərin 22 faizi məhz koronavirusa yoluxanlardır.
Telegram kanalımız