ABŞ-dan Bakının bu qərarına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan Bakının bu qərarına reaksiya

Dünya

09 Sentyabr 2022 08:55 904


ABŞ Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays "Twitter" hesabında yazıb.

“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu, Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - deyə mətbuat katibi bildirib. Pepperoni pizza

Qeyd edək ki, ötən gün Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!