“ABŞ-dan heç bir mesaj almamışıq. Sıfır…”

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-dan heç bir mesaj almamışıq. Sıfır…”

Siyasət

13 Aprel 2021 15:33 839


Azərbaycan ABŞ-ın  yeni administrasiyasından hər hansı mesaj almayıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində keçirilən konfransda ABŞ-ın postmünaqişə dövründə oynadığı rol haqda sualları cavablandırarkən bildirib.

"Biz yanvar ayından ABŞ administrasiyasından heç bir mesaj almamışıq. Bu gün artıq apreldir. Sıfır. Heç bir mesaj yoxdur", - o deyib.

Bununla yanaşı, o qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyana telefon edib. "Nə danışdıqlarını bilmirəm, amma yenə də balans pozulub. Mən demirəm ki, biz onun zəngini gözləyirik, ancaq o, Minsk Qrupunun həmsədr ölkəsini təmsil edir. O, heç olmasa özünün balanslaşdırılmış yanaşmasını göstərməlidir", - İlham Əliyev deyib. pizza

Onun sözlərinə görə, indiyədək ABŞ administrasiyasının yeganə məlumatı ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibətilə təbrikidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!