ABŞ-də FTB “Crocus”dakına bənzər terror aktına hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də FTB “Crocus”dakına bənzər terror aktına hazırlaşır

Dünya

24 Aprel 2024 19:19 465


ABŞ-də Federal Təhlükəsizlik Bürosu (FTB) ictimai yerdə koordinasiyalı terror aktı ilə bağlı narahatlığını artırıb.

ABŞ kəşfiyyatının direktoru Kristofer Rey bildirib ki, son on ildə belə bir perspektiv qeyri-mümkün hesab edilirdi, lakin Fələstin-İsrail münaqişəsi fonunda risklər artıb.

“Biz Rusiyada konsert zalında gördüklərinizdən çox da fərqlənməyən koordinasiyalı hücum ehtimalından getdikcə daha çox narahat oluruq”, - deyə o, jurnalistlərə verdiyi müsahibəsində bildirib. Dördpendirli pizza

FTB rəhbəri əlavə edib ki, kəşfiyyat agentliyi İsrail və HƏMAS arasında universitet binalarına qarşı müharibə ilə bağlı etirazları izləmir, lakin antisemit zorakılığı və yəhudi icmasına qarşı hücumların qarşısını almaq üçün yerli hakimiyyət orqanları və ştatların hüquq-mühafizə orqanları ilə kəşfiyyat məlumatlarını paylaşır.

Xatırladaq ki, martın 22-də Rusiyada “Crocus City Hall”da terrorçular atəş açıb, daha sonra konsert zalını yandırıblar. Terror aktı nəticəsində altısı uşaq olmaqla 145 nəfər həlak olub. Hücum edənlər dörd Tacikistan vətəndaşı olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!