ABŞ dini və etnik zəmində qətllərin sayının  durmadan artdığı ölkələr siyahısındadır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır

Siyasət

11 Yanvar 2024 01:39 305


ABŞ Dövlət Departamentinin qərəzli, əsassız hesabatları ölkəmiz üçün heç bir mahiyyət kəsb etmir.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabat və Birləşmiş Ştatlar Dövlət Departamenti tərəfindən ölkəmizin heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil edilməsi siyasi manipulyasiyadan başqa bir şey deyildir. Hesabat tərəddüdsüz Azərbaycana münasibətdə ikili standartların növbəti  nümunəsidir. Tolerant, sivilizasiyalararası dialoq mərkəzi, müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən körpü rolunu oynayan Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Reallıq budur ki, ölkəmizdə tolerantlıq gerçəklikdir, multikulturalizm yaşayış tərzimizə çevrilib. ABŞ Dövlət Departamenti hər il dünyada insan hüquqlarına, dini azadlığa dair hesabatlar açıqlamaqla bir daha ədalət prinsipini hansı səviyyədə qoruduğuna aydınlıq gətirir.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. pizza sifarişi

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, Avrasiya məkanında yeganə monodövlət Ermənistandır. Zaman-zaman başqa xalqları bu ölkənin ərazisindən müxtəlif yollarla çıxarıblar, kimini öldürüblər, kimini hədələyiblər, kiminin evini yandırıblar. Bütün digər millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar.

Cənab İlham Əliyevin bu fikirləri hazırladıqları hesabatları ilə qərəzli mövqelərini ortaya qoyan ermənipərəst dairələrə tutarlı cavabdır. Azərbaycanın belə qərəzli yanaşmalarla üz-üzə qalması təbii ki, ilk dəfə deyil. ABŞ Dövlət Departamentinin, həmçinin “Freedom House”, “Amnesty İnternational” kimi qeyri-hökumət təşkilatları mütəmadi olaraq ölkəmizə qarşı qərəzli mövqeləri ilə gündəmdə olublar. Demək, sonda sözü ikili standartlardan irəli gələn siyasətin təzahürləri olan qərəz, reallıqların inkarı deyil, ədalət, beynəlxalq hüquq deyir.

Baş redaktor vurğulayıb ki, hesabatda diqqəti çəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlığın ifadə olunmasıdır. Azərbaycanın tolerant ölkə olması bu narahatlıqların nə qədər əsassız, ən əsası nə qədər məqsədli olduğuna işıq salır. Belə bir narahatlığı ifadə edənlər ermənilərin 30 illik işğal dövründə tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə İslam dünyasına hörmətsizlik etmələrinə niyə göz yumurdular? Onda bu narahatlıqlar niyə dilə gətirilmirdi? Azərbaycan bununla bağlı ən yüksək tribunalardan çağırışlar etdi. Amma əksər dünya gücləri, beynəlxalq təşkilatlar susmaqla açıq-aşkar Ermənistana dəstək olduqlarını nümayiş etdirdilər.  Tarixi Zəfərimizdən sonra  bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin, vandalizminin təzahürlərinin şahidi oldular.

Vüqar Rəhimzadə bildirib ki, hər bir hesabat onun təqdimatında maraqlı olan dairələrin ölkəmizə qarşı hansı mövqedə olduqlarına aydınlıq gətirir. 30 illik işğal dövründə artıq  tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistana dəstəklərinin hansı problemlərə yol açdığı göz qabağındadır. Bu dəstək səmimiyyətdən deyil, işğalçı ilə təcavüzkarı müdafiə edənləri eyni dəyərlərin birləşdirməsindən  irəli gəlir. Başqa dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsini  keçən adları çəkilən dövlətlər yaxşı olar ki, özlərinin yürütdükləri  siyasətə diqqət yetirib, öz davranışlarında müasir dünyanın çağırışlarına uyğun dəyişikliklər etsinlər, ədaləti, beynəlxalq hüququ  çirkin niyyətlərinə, maraqlarına qurban verməsinlər. Qərəzli hesabatın Azərbaycana aid hissəsinin Livan ermənisi Daniella Aşbaxyan tərəfindən hazırlanması “tələsik” hazırlanan “sənəd”in mahiyyətinə işıq salır. O, Livanın Los-Ancelesdəki konsulluğunda çalışıb, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. Artıq bu faktlar özü bütün məqamlara aydınlıq gətirir.  Bu faktı da qeyd edək ki, ABŞ dini və etnik zəmində qətllərin sayının  durmadan artdığı ölkələr siyahısındadır. “Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmağa” adətkar olan bu dövlətlər digər ölkələrdə insan hüquqlarının qorunması məsələsinə lupa ilə baxmaqdansa, siyasətlərinə bir daha nəzər salsalar həyəcan təbilinin çalındığı ölkə olduqlarının şahidinə çevrilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!