ABŞ HƏMAS və “Sepah” üzvlərinə sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ HƏMAS və “Sepah” üzvlərinə sanksiya tətbiq etdi

Dünya

27 Oktyabr 2023 16:56 492


ABŞ HƏMAS hərəkatının üzvləri və "Sepah"a qarşı yeni sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

HƏMAS-ın üzvü olan və hərəkatın İrandakı nümayəndəsi kimi fəaliyyət göstərən iordaniyalı Xalid Qəddumiyə qarşı sanksiyalar tətbiq edilib. Məhdudiyyətlər həmçinin iranlılar Əli Morşid Şirazi, Mustafa Məhəmməd Hani və Əli Əhməd Feyzullahiyə də tətbiq edilir. "Onlar "Sepah" üzvləri kimi HƏMAS və "İslami Cihad" qruplarına təlim və dəstək verirlər”. pizza

Bundan başqa, Qəzza zolağında yerləşən “Əl-Ənsar” xeyriyyə cəmiyyəti və onun direktoru Nasir əl-Şeyx Əli ABŞ sanksiyalarına məruz qalıb. Sudanın "Zawaya Group for Development and Investment Co" şirkətlərinə də məhdudiyyətlər tətbiq olunub. Bu şirkət sudanlı iş adamı Əbdel Basit Həmzə əl-Həsən Muhəmməd Xairə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!