ABŞ ordusunun İsrailin Təl-Əviv şəhərində ində yeraltı bazası var və oradan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri İsrailin Qəzza zolağında hərəkətlərini əlaqələndirirlər.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin generalı Qulaməli Rəşid deyib.
“CENTCOM-un komandirləri, eləcə də ABŞ ordusunun quru qoşunları və dəniz qüvvələri hazırda Tel-Əviv yaxınlığındakı yeraltı bazadadır. Onlar Qəzza zolağında əməliyyat zamanı İsrail qüvvələrinin komandirlərinin hərəkətlərini əlaqələndirirlər”, - deyə hərbçi vurğulayıb. pizza
Onun sözlərinə görə, İran tərəfinə olan məlumatlar bir daha sübut edir ki, ABŞ-ın hərəkətləri regionda münaqişənin yayılmasının məhdudlaşdırılması zərurəti ilə bağlı bəyanatlara uyğun gəlmir.
Telegram kanalımız