ABŞ İrana zərbələr endirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana zərbələr endirdi

Dünya

08 İyul 2026 01:57 76


ABŞ Hörmüz boğazındakı hücumlara cavab olaraq İrana qarşı silsilə zərbələr endirib.

"Yeni Sabah" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"ABŞ-nin zərbələri Hörmüz boğazından keçən üç kommersiya gəmisinə İran tərəfindən edilən hücumlara cavab xarakteri daşıyır. Komandanlıq İranın bu hərəkətlərini əsassız və atəşkəs rejiminin pozulması kimi qiymətləndirib" , - deyə məlumatda vurğulanır. pizza hut

İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, ölkənin Sirik bölgəsində yeddi güclü partlayış səsi eşidilib.

Xatırladaq ki, iyulun 6-da İran hərbçiləri Hörmüz boğazında ticarət gəmilərinə azı iki raket atmışdılar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!