Təhsilin İnkişafı Fondu tərəfindən təhsil işçilərinə müəyyən endirim və güzəştlər təqdim etmək məqsədilə "TəhsilPlus" kartı yaradılıb. Kart həm əməkhaqqı, həm də debet kart funksiyasını yerinə yetirir.
İyunun 1-dən etibarən Gəncə şəhərində təhsil işçiləri ictimai nəqliyyatda "TəhsilPlus" kartlarından güzəştli şərtlərlə istifadə etməyə başlayıblar. Belə ki, ictimai nəqliyyatda edilən hər ödənişdə məbləğin 10 faizi kart hesabına geri qaytarılır.
"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb. Sezar pizza
Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidovanın sözlərinə görə, layihə yaxın zamanda bölgələrdə fəaliyyət göstərən təhsil işçiləri üçün də əlçatan olacaq. Belə ki, "TəhsilPlus" kartı tezliklə Naxçıvanda da fəaliyyətə başlayacaq və "BakıKart"ın keçərli olduğu bütün şəhər və rayonlarda endirimlərdən istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, "TəhsilPlus" kartları təkcə müəllimlərə deyil, bütün təhsil müəssisələrində çalışan işçilərə mərhələli şəkildə təqdim ediləcək.
Telegram kanalımız