ABŞ Misirə 2,5 milyardlıq silah satışını təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Misirə 2,5 milyardlıq silah satışını təsdiqlədi

Dünya

26 Yanvar 2022 12:35 527


ABŞ Dövlət Departamenti çərşənbə axşamı Misirə 2,5 milyard dollarlıq silah satışını təsdiqlədiyini açıqlayıb.

Dövlət Departamenti Misir hökumətinə 2,2 milyard dollara 12 ədəd "C-130J-30 Super Hercules" təyyarəsinin və müvafiq avadanlıqların, həmçinin 355 milyon dollara üç "SPS-48" yerüstü hava hücumundan müdafiə radarının satışını təsdiqləyib.

“Təklif edilən satış Yaxın Şərqdə mühüm strateji tərəfdaş olmaqda davam edən NATO üzvü olmayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək”, - agentliyin press-relizində deyilir.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!