ABŞ-nin Çikaqo şəhərində Azəbaycan bayrağı ucaldıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Çikaqo şəhərində Azəbaycan bayrağı ucaldıldı - Foto

Dünya

18 Oktyabr 2023 23:16 557


18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Çikaqo şəhərinin mərkəzində Azərbaycan bayrağı ucaldılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, mərasim Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Çikaqoda yaşayan həmvətənlərimizin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı mərasimdə Türkiyənin Çikaqodakı baş konsulu Engin Türesində iştirak edib. Dominos pizza

ACMA-nın prezidenti Fərid Məmmədov "Report"a açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – "The Daley Center"də dalğalanacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!