ABŞ-nin ən varlı vətəndaşları: İlk sırada kimdir?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin ən varlı vətəndaşları: İlk sırada kimdir?

Dünya

03 Oktyabr 2023 20:58 441


"Forbes" jurnalı ABŞ-nin 400 ən varlı vətəndaşının siyahısını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, siyahıya “SpeysX” və “Tesla”nın sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilib. Sonrakı yerlərdə “Amazon”un rəhbəri Ceff Bezos (161 milyard dollar), “Oracle” korporasiyasının yaradıcılarından olan Larri Ellison (158 milyard dollar) qərarlaşıb. “Maykrosoft”un rəhbəri Bil Geyts 6-cı (111 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 8-ci (106 milyard dollar) sıradadır.

ABŞ-nin ən varlı vətəndaşları siyahısında yer alan texnologiya maqnatları 2022-ci ilin payızından bəri, əsasən, süni intellektə yatırdıqları investisiya sayəsində, ümumilikdə 300 milyard dollar xalis sərvət qazanıblar. Belə ki, keçən il texnologiya sahəsində 65 nəfər sərvət qazanmışdısa, bu il bu rəqəm 69-dur./Axar.az Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!