ABŞ-nin ən yaşlı senatoru vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin ən yaşlı senatoru vəfat etdi

Dünya

29 Sentyabr 2023 21:15 443


ABŞ Senatının hazırkı tərkibinin ən yaşlı senatoru, demokrat Dayenn Faynstayn 90 yaşında vəfat edib.

Yenisabah.az xəbər verir ki, onun ölüm səbəbi barədə məlumat verilmir.

Dayenn Faynstayn Kaliforniya ştatının ən uzun müddət xidmət edən senatoru olub, 1978-ci ildə isə o, San-Fransiskonun ilk qadın meri vəzifəsinə təyin olunub. pizza mizza

22 iyun 1933-cü ildə anadan olan Dayenn Faynstaynın Senatdakı karyerasını 2024-cü ilin sonunda bitirməyi planlaşdırdığı bildirilir.

2020-ci il prezident seçkiləri ərəfəsində o, Co Baydenin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!