ABŞ-nin ölkəyə qarşı növbəti hücumları halında İran uranı 90%-ə qədər zənginləşdirməyi nəzərdən keçirə bilər.
"Yeni Sabah" xəbər verir ki, bunu parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rzayi bildirib.
O, sosial media platforması "X"-də yazıb: "Təkrar hücum halında İranın seçimlərindən biri uranı 90%-ə qədər zənginləşdirmək ola bilər. Bunu parlamentdə müzakirə edəcəyik". Dominos pizza
Bazar günü İranın ABŞ ilə münaqişənin həlli üçün Pakistan vasitəçilərinə əlavə təkliflər təqdim edilib. Daha sonra ABŞ Prezidenti Donald Tramp Tehranın təklifindən məmnun olmadığını bildirib.
Telegram kanalımız