ABŞ niyə çalxalanır? - “Trampın diskriminasiyaya və zorakılığa meyilli olması...“

saytların hazırlanması

Evə çatdırılma

ABŞ niyə çalxalanır? - “Trampın diskriminasiyaya və zorakılığa meyilli olması...“

Siyasət

11 Yanvar 2021 12:41 792


“Donald Tramp ABŞ tarixinə bir neçə nöqsanı ilə düşdü. Tramp Amerika Konqresində iki dəfə impiçmentə məruz qalmız prezident kimi yadda qaldı. O, eyni zamanda, Konqresin binasına “sona qədər döyüşün” deyərək öz tərəfdarlarını hücuma göndərən yeganə prezidentdir. Hətta bu hərəkətinə görə ona cinayət işi də açıla bilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Müşfiq Abdulla deyib . O qeyd edib ki, Tramp seçkilərin nəticələri ilə barışmağa məcbur olsa da, siyasi mübahisələr hələ səngiməyib:

“Bəzi müşahidəçilər bunu Trampı dəstəkləyən sənaye burjuaziyası ilə Baydeni hakimiyyətə gətirən maliyyə oliqarxiyasının qarşıdurması adlandırır. Avtoritarizmin hökm sürdüyü ölkələrdə isə bu hadisələri demokratiyanın böhranı adlandırırlar. Bu fikrin əleyhinə olanlar isə demokratiyaya hücum və və demokratiyanın sınağa çəkilməsi kimi şərh edir. Nəticə isə demokratiyanın məğlub olmamasından ibarətdir. Çünki hakimiyyətə gəldiyi gündən KİV-ə mübarizə elan etmiş, “mən sorğulara inanmıram”,-deyən Trampın vətəndaş cəmiyyətinə, ictimai rəyə inamsızlığı, diskriminasiyaya və zorakılığa meylli olması demokratik sistemin onu sadəcə blok etməsinə gətirib çıxartdı”. Marqarita pizza

Siyasi şərhçi hesab edir ki, Co Baydenin Trampdan üstünlüyünü təmin edən amillərdən biri onun solçu düşərgəni təmsil etməsinə baxmayaraq, sağ mərkəzçi mövqeyi ilə tanınmasıdır:

“Bu isə ona respublikaçılar arasında Trampdan narazı olanları öz tərəfinə çəkmək imkanı yaratdı. Qlobalist və demokrat olan Baydenin xarici siyasətdə mühafizəkar xətt tərəfdarı olması respublikaçılar üçün cəlbedicidir. Bu mənada Baydenin imici mənə 2014-cü ildə İran prezidenti seçilən Həsən Ruhani haqqında deyilmiş "mühafizəkar islahatçı" ifadəsini xatırladır. Trampın konservatizmi klassikdir, irqçiliyə və rasizmə əsaslanır. Respublikaçılar Partiyasında onu neokonservatizmdən fərlqəndirmək üçün “Trampizm” adlandırırlar”.

Müşfiq Abdullanın sözlərinə görə, hazırda ABŞ-da baş verən hadisələrin səbəbini daha çox Trampın hakimiyyəti dövründə respublikaçıların düşərgəsində ultrasağçı meyllərin güclənməsində axtarmaq lazımdır:

“Əslində, bunu mühafizəkarlar arasında parçalanma kimi də dəyərləndirmək olar. Neokonservatorların Trampa münasibətdə fikir ayrılığı nümayiş etdirməsi də bundan irəli gəlir. Eks-prezident Corc Buşun Baydeni təbrik edərək onun inauqurasiya mərasiminə qatılmaq qərarı, eləcə də Trampın hər kəsi Kapitolinin önünə çağırdığı bir vaxtda respublikaçı senatorların Baydeni prezident kimi təsdiqləməsi neokonservatorların Trampa yekdilliklə dəstək vermədiyini göstərir. Doğrudur, milli, dini və irqi ayrıseçkilik tərəfdarı olan radikal sağçıların timsalında Trampın sabit elektoratı formalaşıb və 2024-cü ilə qədər bu seçici kütləsinin ABŞ-ın siyasi həyatına təsirini qoruyub saxlayacağı proqnozlaşdırılır. Hətta indi analitiklər “Trampizm nə qədər davam edəcək?” sualına cavab axtarır. Bunu neokonservatizmin böhranı da adlandırmaq olar. Ancaq Trampizmin daxilində artıq fikir ayrılığı yaranmağa başlayıb. Vitse-prezident Mayk Pensin Senat sədri kimi Co Baydenin prezidentliyini təsdiqləməsi, Corcia ştatında senata keçirilən seçkilərdə demokratların qələbəsini tanıması və buna görə Trampın tərəfdarlarının onu satqın adlandıraraq ölümlə hədələməsi ultramühafizəkarlar arasında parçalanmadan xəbər verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!