ABŞ öz vətəndaşını cərimələdi - Sanksiyanı pozduğu üçün

saytların hazırlanması

Evə çatdırılma

ABŞ öz vətəndaşını cərimələdi - Sanksiyanı pozduğu üçün

Dünya

23 Dekabr 2021 16:38 876


ABŞ Maliyyə Nazirliyinin OFAC ofisi İran şirkəti ilə sövdələşməyə görə bir ABŞ vətəndaşını 133 min dollar cərimələyib.

Yenisabah.az xəbər verir ki, həmin şəxs İrana qarşı sanksiyaları pozmaqda ittiham olunub.

Amerika vətəndaşı İrandan sement klinkerini alıb üçüncü ölkəyə satıb. Marqarita pizza

OFAC (ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi - red.) bəyan edib ki, sövdələşmə 2016-cı ildə baş verib. ABŞ vətəndaşı 2016-cı ildə 2 ay ərzində dörd dəfə olmaqla ümumən 133.860 dollar qazanıb.

Bu Amerika vətəndaşının ailə üzvlərindən biri "İran Sement Şirkəti"ndə işlədiyi üçün klinkerinin satışını asanlaşdırıb. O, həmçinin klinker yüklərinin daşınmasında və daşınma məlumatlarında alıcı şirkətə kömək edib.

Hesabatda adı çəkilməyən ABŞ vətəndaşının daha əvvəl OFAC-a icazə almaq üçün müraciət etdiyi, lakin müraciətə rədd cavabı iddia edilir.

OFAC iddia edir ki, Amerika vətəndaşının hərəkətləri əslində, ABŞ-ın İrana qarşı sanksiyalarını qəsdən pozub və onun hesabındakı 133 min dollar müsadirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!