ABŞ qitələrarası raketini anbardan çıxardı   - “Rusiyaya demişik”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ qitələrarası raketini anbardan çıxardı - “Rusiyaya demişik”

Dünya

07 Sentyabr 2022 15:06 978


ABŞ ordusu “Minuteman III” nüvə silahı daşıya bilən qitələrarası ballistik raketini sınaqdan keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder bildirib.

“ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı Kaliforniyadakı Vandenberq bazasında silahsız “Minuteman III” qitələrarası ballistik raketinin əməliyyat sınağını keçirəcək. Bu, rutin sınaqdır və əvvəlki sınaqlara uyğun olaraq bu buraxılış sözügedən sistemin səmərəliliyini və hazırlığını təsdiq edəcək”, - Pentaqon sözçüsü vurğulayıb. pizza mizza

Rayder sınaqların bu gün başlayacağını söyləyib.

Onun sözlərinə görə, standart prosedurlara uyğun olaraq, ABŞ müqavilə öhdəlikləri çərçivəsində Rusiya hökumətini bu buraxılış barədə əvvəlcədən məlumatlandırıb. (Teleqraf.com)

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!