ABŞ Rusiyaya dəstək verən ölkələri hədələdi   - “Nəticələrini görəcəklər...“

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyaya dəstək verən ölkələri hədələdi - “Nəticələrini görəcəklər...“

Dünya

05 Aprel 2022 17:07 583


ABŞ Ukraynaya hərbi təcavüz edən və dinc əhaliyə qarşı soyqırım törədən Rusiya hakimiyyətinə kömək edən ölkələri sanksiyalarla hədələyib.

Yenisabah.az xəbər berir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays ənənəvi brifinq zamanı deyib: “Hər hansı bir konkret ölkənin adını çəkmədən, təfərrüatlara varmadan açıq şəkildə bildirdik ki, ABŞ və onun dünyadakı müttəfiqlərinin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək edəcək, Moskvaya maliyyə, maddi və ya hərbi yardım edərək Kremlin Ukraynadakı hərbi səylərini dəstəkləməyə çalışacaq dövlətlər atdıqları addımın nəticələri ilə üzləşəcəklər”.

N. Prays əlavə edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır. "AzPolitika.info"  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!