ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Siyasət

18 Dekabr 2020 23:20 1029


ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.

Yenisabah.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.

Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir. Toyuqlu pizza

Məhdudiyyətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən” və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!