ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn general-mayor Ceyms Kriesel (ABŞ Avropa Komandanlığı), briqada generalı Entoni Mohat (Kanzas Milli Qvardiyası) və briqada generalı Endryu Saslav (ABŞ Ordusu Avropa və Afrika) ilə birlikdə “Eagle Partner 24” təliminin gedişatını müşahidə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
"İyulun 15-də başlayan bu hərbi təlimlər beynəlxalq sülhməramlı əməliyyatlarda iştiraka hazırlaşmaq istiqamətində uzun müddətdir davam edən Ermənistan-Amerika müdafiə əməkdaşlığının ən son təşəbbüslərindən biridir”, - deyə məlumatda qeyd olunub. Marqarita pizza
Telegram kanalımız