ABŞ səfirliyi Azərbaycandakı digər beynəlxalq missiyalara çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirliyi Azərbaycandakı digər beynəlxalq missiyalara çağırış etdi

Siyasət

19 Yanvar 2024 10:17 565


ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!" - məlumatda qeyd edilib. pizza sifarişi

Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda, Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!