ABŞ Konqresinin təşəbbüsü ilə Dövlət Departamenti Ukraynaya göndərilən silah-sursatdan, eləcə də hava hücumundan müdafiə vasitələrindən Rusiya ərazisindəki hərbi hədəflərə zərbələr endirilməsinə icazə verilməsi məqsədilə prezident Baydenə müraciət edib.
Yenisabah.az NYT-yə istinadla xəbər verir ki, hazırda Dövlət Departamenti Antoni Blinkenin də dəstəklədiyi təklifə uyğun olaraq Pentaqona müvafiq icazə səlahiyyətinin verilməsi məsələsini nəzərdən keçirir.
Xatırladaq ki, əvvəllər bu struktur təklfiin əleyhinə olsa da, Rusiyanın hücumların intensivliyini artırması, xüsusilə də Xarkovun şiddətli hücuma məruz qalması Dövlət Departamentinin mövqeyini dəyişib. pizza hut
Böyük Britaniya artıq analoji icazənin verildiyi barədə qərarı Ukrayna hökumətinə təqdim edib.
Rəsmi Vaşinqtonla Londonun mövqeyindəki dəyişiklik ukraynalı hərbçilərin yaxın gələcəkdə adı çəkilən ölkələrin ərazisində təlimlərə cəlb olunması prosesini də sürətləndirə bilər.
Telegram kanalımız