ABŞ Slovakiyada “Patriot” raket sistemini yerləşdirəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Slovakiyada “Patriot” raket sistemini yerləşdirəcək

Dünya

09 Aprel 2022 09:56 709


ABŞ Slovakiyada “Patriot” zenit-raket kompleksi yerləşdirəcək.
 

Yenisabah.az “Amerikanın səsi” radiosuna istinadla xəbər verir ki, ABŞ müdafiə naziri Lloyd Ostin yaxın günlərdə ABŞ ordusu ilə birlikdə "Patriot" raket sisteminin Slovakiyaya göndəriləcəyini bildirib .
 
"Yerləşdirmənin müddəti hələ müəyyən edilməyib, çünki biz daimi qərarlar üzrə Slovakiya hökuməti ilə məsləhətləşmələri davam etdiririk", - Ostin bildirib.

Pentaqonun məlumatına görə, bu qərar Bratislava özünün S-300 zenit-raket kompleksinin Kiyevə təhvil verildiyini elan etdikdən sonra verilib.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, “Patriot” sisteminin Slovakiyada müvəqqəti yerləşdirilməsi ölkənin hava hücumundan müdafiə sistemini dəstəkləmək məqsədi daşıyır və NATO-nun şərq cinahını gücləndirmək, “qaçırma və müdafiə imkanlarını təkmilləşdirmək” üçün “genişmiqyaslı səylərin tərkib hissəsidir”.
 
Qeyd edək ki, aprelin 8-də Slovakiya Respublikasının Baş naziri Eduard Heqer Slovakiyanın S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verdiyini bildirib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!