Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriyada terrorçulara dəstək verməkdə ittiham edib.
Yenisabah.az “Newsweek”ə istinadla xəbər verir ki, Türkiyə prezidenti ABŞ jurnalına müsahibəsində bildirib:
“Qonşu Suriyadakı münaqişə ölkəmizə ən çox təsir edib, Suriyadakı ABŞ kürdləri deyil, Suriya kürdlərini dəstəkləyən və onların hüquqlarını qoruyan yeganə tərəfik”. pizza hut
Ərdoğanın sözlərinə görə, “Kürd Fəhlə Partiyası", "Xalq Özünümüdafiə Birlikləri" və "Demokratik Birlik Partiyası" İŞİD-ə qarşı mübarizə adı altında bölgədə terror fəaliyyəti həyata keçirir. ABŞ-ın dəstək verdiyi bu terrorçular ərəbləri, türkmənləri təhdid edir, onları öz torpaqlarını tərk etməyə məcbur edirlər”.
“Biz İŞİD-ə qarşı mübarizədə birbaşa iştirak edən yeganə NATO ölkəsiyik, Suriyada sülh mühiti yaratmağa çalışırıq ki, bütün bu münaqişələrin həlli Suriyada ərazi bütövlüyünə əsaslanan yeni ictimai birlikdir.
Əsas istəyimiz Suriyanın regional və dünya güclərinin rəqabət apardığı bir ölkə deyil, firavan, terrordan tamamilə azad və suriyalılar tərəfindən idarə olunan bir dövlət olmasıdır”, - deyə o vurğulayıb.
Suriyalı qaçqınların problemini şərh edən Türkiyə prezidenti ümidvar olduğunu bildirib ki, “gün gələcək ki, müharibə arxada qalacaq, suriyalı qonaqlar könüllü olaraq vətənlərinə qayıdacaqlar”.
Telegram kanalımız