Rəisinin ölümündə ABŞ-ın əli var? - Vaşinqton narahatdır

saytların hazırlanması

Evə çatdırılma

Rəisinin ölümündə ABŞ-ın əli var? - Vaşinqton narahatdır

Dünya

21 May 2024 10:08 907


Birləşmiş Ştatlar administrasiyası ehtiyat edir ki, İran rəsmiləri prezident İbrahim Rəisinin göyərtəsində olduğu  helikopterin qəzaya uğramasında ABŞ və ya İsraili ittiham edə bilər. 

Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, onların fikrincə, Vaşinqton Tehranın reaksiyasını diqqətlə izləyir, regional status-kvonu saxlamağa ümid edir və hipotetik ittihamların İsraillə münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcəyindən ehtiyat edir. 

ABŞ hakimiyyətinin rəyinə görə, yaxın gələcəkdə İran siyasətində dəyişikliklərin baş verməsi ehtimalı azdır.  pizza mizza

“Politico”nun məlumatına görə, mayın 19-da ABŞ rəsmiləri axtarış-xilasetmə əməliyyatını həyəcanla izləyib, “qəzanın Yaxın Şərqdəki vəziyyəti necə dəyişə biləcəyi barədə saatlarla fərziyyələr aparıblar”. 

Nazim HACIYEV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!