ABŞ Ukraynaya qoşun göndərə bilər - Konqresdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya qoşun göndərə bilər - Konqresdən açıqlama

Dünya

06 May 2024 10:07 322


ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. 

“Report” xəbər verir ki, bu barədə konqresmen CBS telekanalına müsahibəsində deyib.

“Ukraynanın süquta uğramasına imkan verə bilmərik, çünki bu baş verərsə, Amerikanın münaqişəyə təkcə pulumuzun köməyi ilə deyil, həm də qoşunlarımızla qarışmalı olacağı ehtimalı böyük olacaq”, – o qeyd edib. pizza sifarişi

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etmək istəyir. Rusiyanın Gürcüstan və Ukraynanın ərazilərinə soxulmasına diqqət çəkən konqresmen Putinin dayanmayacağını vurğulayıb:

"Bu cür ardıcıl aqressiya qarşısında Vladimir Putinə Ukraynada uğur qazanmağa imkan versək, onun yalnız Ukraynada dayanacağına inanmalıyıqmı? Təbii ki, yox”.

Ceffris həmçinin Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmədə günahlandırdığı Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın gücləndiyini bildirib. Onun fikrincə, bu fraksiya Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-nin düşməni olmadığına inanır.

Konqresmenə görə, bu fraksiyanın lideri Marcori Teylor-Qrindir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!