ABŞ Ukraynaya yeni silahlar göndərir 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya yeni silahlar göndərir 

Dünya

25 May 2024 09:03 535


ABŞ Ukrayna üçün yeni hərbi yardım elan edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. 

Yardımın həcmi 275 milyon dollardır. ABŞ dövlət katibi Antoni Blinken yardım paketinin ən qısa zamanda çatdırılacağını bildirib.  pizza

Paketə "Javelin" və AT-4 tank əleyhinə sistemlər, tank əleyhinə minalar, TOW raketləri, taktiki maşınlar, atıcı silahlar və döyüş sursatları, kimyəvi, bioloji və radiasiyadan mühafizə dəstləri, ehtiyat hissələri daxildir. 

Blinken qeyd edib ki, silahlar Ukraynaya Rusiyanın Xarkov vilayətində hücumunu dəf etmək üçün göndərilib. "Əvvəlki paketlərdən olan yardımlar artıq cəbhə xəttinə çatdırılıb, yeni partiya ən qısa zamanda köçürüləcək", - o qeyd edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!