ABŞ və Fransa səfirləri buna görə Şuşaya getmir - Sirr açılır 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Fransa səfirləri buna görə Şuşaya getmir - Sirr açılır 

Siyasət

09 Aprel 2024 14:46 22087


Ermənistanın danışıqlar adı ilə vaxt uzatmağa çalışdığına yəqin ki, az adam şəkk edər. Xarici havadarlara uyub təzədən ayaqlanmağa başlayan kapitulyant ölkə belə görünür, qonşu Azərbaycan və Türkiyə ilə barışıqdan çox, artıq revanş haqda xəyal edir. Bu da növbəti tutarlı dəlil. 

Dünən Nikol Paşinyanın ən yaxın adamlarından biri, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri, hakim fraksiyanın üzvü Andranik Köçəryan görün nə deyib. Sitat: “Biz hazırda müdafiə xarakterli məsələlərə köklənmişik. Aldığımız və alacağımız silahlar regionda pozulmuş hərbi balansın bərpasına yönəlib. Çünki məhz balansın pozulması düşmənə 2016-cı ildə bir dəfə, 2020-ci ildə isə genişmiqyaslı hərbi əməliyyatlara keçməyə imkan yaradıb”.

Görəsən erməni deputat “pozulmuş balans”, “döyüş əməliyyatlarına keçid” deyərkən nəyə işarə edir, əgər 2016-cı ildə də, 2020 və 2023-cü illərdə də döyüş əməliyyatlar müstəsna olaraq Azərbaycanın suveren ərazisində aparılıbsa? İrəvan “balansı” bərpa edib də “itirilən torpaqlar” uğrunda təzədən müharibəyəmi başlayacaq? Sezar pizza

Nəhayət, Köçəryanın açıqlaması 44 günlük savaşda Azərbaycanın mifik “dqr ordusu” ilə yox, məhz işğalçı Ermənistan ordusu ilə vuruşduğunun daha bir sübutu deyilmi? Odur ki var. Eyni zamanda, boş-boş çərənləmələrə rəğmən, rəsmi İrəvanın ərazi bütövlüyümüzü tanımadığının parlaq təzahürüdür...

Xatırladaq ki, bundan az öncə hakim partiyanın başqa bir deputatı Asatryan özündənrazı şəkildə sarsaqlamışdı ki, “bir-iki ilə özümüzə gəlib Türklərin cavabını verəcəyik”.

Bunlar hələ guya Ermənistanın mötədil hakimiyyətini təmsil edir. Əgər Nikola ən yaxın olanlar belə revanşist bəyanatlar səsləndirirsə, bu, ümumən hakim komandanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hələ də qəbul eləməməsi anlamına gəlir. Gör indi daşnak-revanşistlər hansı ovqatdadır...

Əlbəttə, sülh anlaşması imzalanmadıqca müharibə bitmiş sayılmaz. O, hələlik yalnız passiv fazaya keçib. Bunu hakim partiyanın iki deputatının yuxarıdakı sözləri apaydın təsdiqləyir. Daha necə, nə deyilməlidir ki?

Ermənistanın qonşu Azərbaycana ərazi iddiasının olmadığına isə o vaxt inanarıq ki: 1. Onun konstitusiyası beynəlxalq hüquqa uyğunlaşdırılacaq və oradan nəinki Azərbaycana, qardaş Türkiyəyə qarşı da torpaq iddiaları ilə bağlı müddəalar çıxarılacaq. 2. İrəvan Bakı ilə sülh müqaviləsi və ya onu əvəzləyəcək çərçivə sənədi imzalayaraq, öz parlamentində ratifikasiya edəcək.

Bu, təkcə bizim şərtimiz deyil. Hər iki ölkənin üzv olduğu BMT Nizamnaməsinin tələbidir. Bakı bu tələbə çoxdan əməl edir. Buyursun kapitulyant ölkə isbatlasın ki, o da beynəlxalq hüquq normalarına sayğılıdır. Yolu məlum. Velosipedi təzədən kəşf etməyə, Amerika açmağa gərək yox. Burcutmağa, min bəhanə gətirib sülh anlaşmasından yayınmağa da lüzum yox. Bu meydan, bu şeytan...

“Amerika” demiş, əgər Qərb bölgədə həqiqətən daimi və ədalətli sülhdə, sərhədlərin açılmasında və çoxtərəfli əməkdaşlığın bərpasında səmimi şəkildə maraqlıdırsa, onda zəhmət çəksin İrəvana təzyiq edib onun konstitusiyasını sivil ölkənin konstitusiyasına çevirsin. Amma əvəzində nə müşahidə edirik?

Diqqət edin, Moskva illərdir beynəlxalq hüquqa, o sırada ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə nümayişkaranə şəkildə tüpürərək, qonşu Ukraynanın 4 vilayətini + Krımı öz “qanuni ərazisi” elan edib. Bundan ötrü özünün konstitusiyasında müvafiq “dəyişikliklərə” də gedib. Moskva ardınca bu absurda əsaslanaraq neçə vaxtdır utanmazcasına bəyan edir ki, “Rusiya əraziləri işğala məruz qalıb”. Guya o, 3 ildir məhz özünün torpaq bütünlüyü uğrunda müharibə aparır.

İndi kim zəmanət verə bilər ki, Ermənistan da Qərbin hesabına özünə gələndən, toparlanıb silahlanandan sonra eyni xəyala düşməyəcək, “keçmiş DQMB Ermənistanın qanuni torpağıdır” deyib bizə qarşı savaşa başlamayacaq? Axı onun konstitusiyasına görə Ermənistanın ərazisi 29.7 min kv km yox, 34.1 min kv km-dir (4.4 min kv km-lik DQMV-lə birgə)!..

Amma ikiüzlülüyə bax, Qərb işğalçı Rusiyaya qarşı Ukraynaya hər cür kömək göstərdiyi halda, eyni qələtə imza atmış Ermənistana bu məsələdə “gözün üstdə qaşın var” belə demir, irad bildirmir, onu Bakı ilə sülh sənədi imzalamağa tələsdirmir. Tam əksinə. Yəni mövzu “ərköyün” Ermənistan olan kimi o saat valı dəyişirlər. Hayların xeyrinə. Sanki belə də olmalıdır.

Bu, Türk-müsəlman ölkəsi kimi Azərbaycana münasibətdə kollektiv Qərbin, ələlxüsus onun aparıcı dövləti ABŞ-ın “ikili standart” yanaşması ilə yanaşı, erməniləri yeni savaşa qızışdırmaqdır.

Unutmayaq, axır vaxtlar “Ermənistanın müqavimətini artırmağa” girişən ABŞ və Fransanın Bakıdakı səfirləri Böyük Zəfərdən sonra hələ də Şuşaya getməyiblər. Niyə? Bizə və “Qafqaz qaraçıları”na bununla nəyin mesajını verirlər? Yeni müharibənin?..

Musavat.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vazeh
    Hə nədi, şərhimi vermədiniz. Əlbəttə verməzsiniz. Ona görə ki, həqiqətlərdir və bunlar sizi ifşa etdiyinə görə, sərf etmir. Lakin ən azı mənim timsalımda bir Azərbaycan vətəndaşını aldada bilməyəcəyiniz sizə məlum olsun. Aprdığınız təbliğat xalis Göbbels təbliğatıdır. İnanıram ki, bu təbliğatın göstərişini AR PA-sı bir yana dursun, hətta Rusiya hökumətindən, onun Azərbaycandakı 5-ci kolonundan alırsınız, bir çox kiv-lər kimi. Əsl həqiqət isə budur ki, hazırda dünyada demokratiya və diktaturalar arasında mübarizə gedir, bizdə də hakimiyyətdən doymayan vəzifə manyakları-ağalarınız-Rusiyanın diktatura düşərgəsinin yanındadır. Sizin müdafiə etdiyiz xəttin Azərbaycan xalqına, vətənimizin maraqlarına heç bir aidiyyəti yoxdur. Mənim üçün heç maraqlı da deyil ki, şərhimi verəcəksiniz, ya yox; özünüzə ki çatdırıram və bu da yetərlidir.
    2 years ago
  • Vazeh
    Yazının adını da elə qoymusunuz ki, fikirləşdik, ABŞ və Fransa səfirlərinin nədən Şuşaya getmədiyinin sirrini doğrudan da açmısınız. Yazdığınızın hamısı cəfəngiyyatdır. Bir dəlil belə göstərə bilməmisiniz. Bizim tarixi torpaqlarımızda erməni dövlətini yaradan Rusiya deyil? O zaman Rusiya barədə nədən belə kinlə, nifrətlə danışmırsınız?! Məgər Putin Vladivastokda, Valday klubunda Paşinyanı nəzərdə tutaraq açıq mətnlə demirdi ki, nə üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdın? Fransa kəkələyəndə dərhal aləmi bir-birinə vuran Azərbaycan XİN niyə Rusiyaya öz etirazını bildirmədi ki, sən kimsən ki, mənim ərazi bütövlüyümü şübhə altına alırsan? Putin, Lavrov, Zaxarova bu gün də həmin sözləri deyir. Amma Xarici İşlər Nazirliyimiz susmaqda davam edir. Bəlkə bunlardan yazasınız.
    2 years ago
  • Kəndçi
    Yəqin orda yemək xoşlarına gəlməyib və erməni yoxdur. Amma orda həm yaxşı yemək hazırlauırlar və istəsələr ermənidə görərlər.
    2 years ago
  • Haller
    Biraz da rusdan danisin....Azerbaycani bolen,ermenilerle beraber bu torpaqlarda qetller toreden,dilini,milletin adini elinden alan,ermenileri bu erazilere koc etdiren...niye qorxursuz?!...jurnalist!!!
    2 years ago