ABŞ yəhudi dövlətinin Çinlə əlaqə yoluna sədd çəkir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ yəhudi dövlətinin Çinlə əlaqə yoluna sədd çəkir

Dünya

10 Yanvar 2022 12:15 549


İsrail ABŞ-ın icazəsi olmadan Çinlə münasibətləri inkişaf etdirə bilməyəcək.

Yenisabah.az “Haaretz” nəşrinə istinadla xəbər verir ki, ABŞ və İsrail arasında əldə olunan razılaşmaya görə, İsrail müdafiə sahəsində Çinlə ortaqlıqdan əl çəkəcək və iqtisadi əlaqələrdə Çinlə həyata keçirdiyi bütün layihələri ilk olaraq ABŞ-ın təsdiqi üçün təqdim edəcək.

ABŞ-ın hər il İsrailə etdiyi milyardlarla dollar yardım qarşılığında belə bir tələb qoyduğu iddia edilir. pizza hut

Sentyabr ayında ABŞ-a səfər edən XİN rəhbəri Yair Lapid İsrailin ABŞ ilə birlikdə hərəkət etdiyini vurğulayaraq, məşhur "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi üçün ABŞ-dan əlavə yardım istəyib.

İsrailin baş naziri Naftali Benettin isə xüsusilə Çinlə iqtisadi əlaqələri inkişaf etdirmək istədiyi bildirilir.

Qeyd edək ki, 2000-ci ildə ABŞ İsrailə təzyiq edərək, İsrailin Çinə "Phalcon" casus təyyarəsini satmaq üzrə olduğu müqaviləni son anda dayandırıb. 2005-ci ildə isə ABŞ İsrailin "Harpy" pilotsuz təyyarələrinin Çinə satışının qarşısını alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!