ABŞ yenə qan gölünə döndü: 9 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ yenə qan gölünə döndü: 9 nəfər yaralandı

Dünya

01 İyul 2022 17:03 831


ABŞ-ın Nyu Cersi ştatında baş verən atışmada 1-i uşaq olmaqla 9 nəfər yaralanıb. Polis hadisə yerində araşdırmalara başlayıb.

Yenisabah.az xəbər verir ki, rəsmilərin bildirdiyinə görə, Nyu-Cersi ştatının Nyuark şəhərində avtomobildən açılan atəş nəticəsində 9 nəfər güllələnib və yaralanıb.

Səlahiyyətlilər əvvəlcə yeddi böyük və bir yeniyetmənin yaralandığını bildiriblər. Pepperoni pizza

Hücuma məruz qalanların bölgədəki xəstəxanalara aparıldığı, vəziyyətlərinin stabil olduğu açıqlanıb.

Atışmaya nəyin səbəb olduğu haqda açıqlama yoxdur. 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!