Abşeronda arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Kriminal

07 May 2023 09:24 968


Mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkanə Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. pizza

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!