Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda könüllülər və İctimai Şura üzvləri aksiya keçirdi - Fotolar

Sosial

14 Sentyabr 2020 10:44 767


Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı, RİH-də təcrübə keçən könüllülərin və İctimai Şuranın üzvlərinin təşəbbüsü ilə təmizlik aksiyası keçirilib. 

Yenisabah.az xəbər verir ki, 40-a yaxın iştirakçının iştirak etdiyi “Trashtag” layihəsi çərçivəsində Qobu-Hökməli yolunun ətrafında səliqə-sahman yaradılmasına ehtiyac olan sahələrdə təmizlik işləri aparılıb, böyük bir ərazi məişət tullantılarından təmizlənilib. “Təmiz təbiət, sağlam həyat!” devizi ilə keçirilən layihənin məqsədi insanları təbiətə qarşı daha diqqətli və qayğıkeş olmağa, tullantıları düzgün idarə etməyə dəvət etməkdir.

Aksiya zamanı gənclər karantin dövrünün tələblərinə uyğun olaraq qoruyucu vasitələrdən istifadə ediblər. pizza mizza

Qeyd edək ki, Abşeron rayonunda ətraf mühiti qorumaq, eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyəti ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq məqsədilə bu cür aksiyalar mütəmadi olaraq keçirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!