“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.
Yenisabah.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib, bildirib ki, araşdırma aparılır. Sezar pizza
Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib./APA
Telegram kanalımız