AÇIQLANDI: Azərbaycanda 40 dərəcə isti var!

saytların hazırlanması

Evə çatdırılma

AÇIQLANDI: Azərbaycanda 40 dərəcə isti var!

Sosial

12 İyul 2024 09:50 1646


Saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lazada (Qusar) 13 mm, Şəki, Qax, Şahdağ, Qrız, Balakən, Gədəbəy, Şəmkir, Qəbələ, Zaqatala, Balakən, Tərtər, Yevlaxda 5 mm-dək olub. 

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Balakəndə 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s, Şirvan, Naftalanda 16 m/s, Zaqatalada 15 m/s-dək güclənib. Toyuqlu pizza

Qrızvə Şahdağda duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!