Acunun keçmiş arvadı - “Pulu olanın məşuqəsi olur“

saytların hazırlanması

Evə çatdırılma

Acunun keçmiş arvadı - “Pulu olanın məşuqəsi olur“

Şou

11 Avqust 2022 17:25 1058


Şeyma Subaşı paylaşımlarının altında ağır təhqirlər yağdıran qadınları bağışlamayıb.

Yenisabah.az xəbər verir ki, şərh yazan qadınlar müəyyənləşdirilib və Şeyma onları məhkəməyə verib.

Acun Ilıcalı ilə boşandıqdan sonra şəxsi həyatı ilə tez-tez gündəmə gələn Şeyma Subaşı bu dəfə izləyicilərinə qarşı sərt olub. pizza hut

Bundan əlavə o, fotolarından istifadə edərək çoxsaylı sosial media hesabları yaradanlardan da polisə şikayət edib.

Model hesablarda şəxsi hüquqları ilə bağlı çox ağır təhqirlər və çılpaq paylaşımlar etdiklərini iddia edərək, bəzi istifadəçilərin müəyyən edilərək cəzalandırılmasını tələb edib.

Polis araşdırma aparılıb. Sosial media hesablarının sahibi olan idarəçilərin kimliyi müəyyənləşib. Təsbitdən sonra 5 qadın saxlanılıb.

Qeyd edək ki, sözügedən hesablardan tez-tez Şeyma haqda “Pulu olanın məşuqəsi olur”, “Kişilərlə pul qarşılığında görüşür” kimi rəylər yazılırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!