Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata hökm oxundu

Kriminal

11 Aprel 2025 18:19 219


Bakıda adam bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müddətə azadlıqdan məhrum edilib.  Sezar pizza

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.  

Qeyd edək ki, hadisə 2024-cü ildə Bakının Nizami rayonunda qeydə alınıb. 

İttihama görə, Emin İbrahimov Kamal Hacıəli oğlu Şükürov adlı Qaraçuxur sakini ilə mübahisə edərkən ona bıçaqla xəsarət yetirib.  

Sabiq diplomat Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!