Özünü "din adamı" kimi qələmə verən Adnan Oktarın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvlərindən biri Orkun Şimşək onları maliyyələşdirən ölkənin adını açıqlayıb.
“Yeni Sabah” Unikal-a istinadən xəbər verir ki, Şimşəyin sözlərinə görə, Oktarın təşkilatının əsas pul mənbəyi Rusiya olub.
Orkun Şimşək başda Rusiya olmaqla təşkilatın maliyyə qaynaqlarının təmin edildiyi ölkələrdə strukturu, turniket sistemi və təşkilatın həbsxanadan necə idarə edildiyi haqqında vəkillər vasitəsilə məhkəməyə məlumat verib. Dominos pizza
Qeyd edək ki, Adnan Oktara və 14 nəfərə ümumilikdə 8 min 658 il həbs cəzası verilib.
Telegram kanalımız