Aparıcılığını Afaq Gəncəlinin etdiyi "Şourum" verilişində bu mövsüm dəyişiklik edilib.
Yenisabah.az axşamz-a istinadla xəbər verir ki, Afaq proqramı tək aparmayacaq. Verilişin redaktoru, "Deyirlər ki..." rubrikasının aparıcısı Ruslan Ağayev də A.Gəncəli ilə birlikdə kamera qarşısına keçəcək.
Afaq və Ruslan proqrama çağırdıqları qonaqla birlikdə mövzuları müzakirə edəcəklər. "Şourum" yeni formatda oktyabrdan "Xəzər TV"də yayıma başlayacaq. pizza sifarişi
Qeyd edək ki, A.Gəncəli eyni zamanda "Xəzər TV"də "Səhər mərkəzi" proqramına həmkarı Tural Əsədovla birlikdə aparıcılıq edəcək.
Telegram kanalımız